10:48 - 4.02.2022
4 fevral, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoruna yeni müavin təyin edilib.
ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu vəzifə Akşin Cahangirova həvalə olunub.
O, bundan əvvəl Fondun icraçı direktorunun strateji inkişaf və beynəlxalq əlaqələr üzrə müşaviri olub və yeni vəzifəsində 2017-ci ildən bəri müavin işləyən Vüqar Abdullayevi əvəz edib.
ADIF Milli Məclisin 29 dekabr 2006-cı il tarixində qəbul etdiyi “Əmanətlərin sığortalanması haqqında” qanuna və Prezident İlham Əliyevin 9 fevral 2007-ci il tarixində imzaladığı fərmana əsasən yaradılıb.
ADIF-i ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı direktor idarə edir.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026