Serbiya şirkətləri Qarabağda quruculuq işlərinə cəlb ediləcək - Detallar

16:21 - 3.02.2022


3 fevral, Fineko/abc.az. Bu il Serbiya hökuməti Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq layihələrinə ölkəsinin tikinti şirkətlərini cəlb etməyi nəzərdə tutur.

Bunu ABC.AZ Report-a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavliyeviç bildirib.

“Azərbaycanla iqtisadi və ticari əməkdaşlıqdan əlavə, Serbiya həm də enerji, turizm, mədəniyyət, təhsil, idman kimi sahələrdə əməkdaşlığı daha da genişləndirməyə çalışacaq. Konkret olaraq iqtisadiyyat və ticarətlə bağlı mövcud olan layihələr çərçivəsində əməkdaşlığı davam etdirmək və gücləndirmək nəzərdə tutulur ki, bunun bir vasitəsi də işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərinə Serbiyanın tikinti şirkətlərini cəlb etmək ola bilər” – o deyib.