15:28 - 3.02.2022
3 fevral, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 37 001 borcalana 2 milyard 012,647 milyon manat kredit verib.
ABC.AZ xəbər verir ki, bu barədə İKZF-in açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 278,743 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 344 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.