14:23 - 2.02.2022
2 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası ilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında ekoturizm, ov turizmi, ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
ABC.AZ-ın məlumatına görə, Assosiasiya sədri Ramin Zamanov imzalanma mərasimi zamanı ərəblərin ölkəmizdə qanunsuz ov etməsinə də toxunub.
O qeyd edib ki, ərəbləri Azərbaycana gətirən şirkətlərə fərdi olaraq baxmaq lazımdır.
"Çünki ərəbləri gətirərkən onlara müəyyən vədlər verirlər. Lakin bu vədlər sonradan öz əksini tapmır və nəticədə ETSN zərərçəkmiş qurum olur. Hər ov edənin yanına bir əməkdaş qoyula bilməz, ona görə də onların fəaliyyətinə nəzarət bir qədər çətindir. Əcnəbi ovçular qanunları pozursa, onların fəaliyyəti dayandırılır və ölkəyə vurduqları ziyan hesablanır. Ziyan həddən artıq böyükdürsə, onların barəsində ciddi ölçü götürülür və ölkədən çıxarılır. Bizim Assosiasiya Azərbaycanda ov edən əcnəbiləri 3 kateqoriyaya bölür: yaşıl kateqoriyada olanlar, sarı xətdə olanlar və qırmızı xətdə olanlar” deyə R.Zamanov bildirib.
Müəllif: Elmir Murad