17:02 - 28.01.2022
28 yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
ABC.AZ İKZF-dən istinadən xəbər verir ki, Fondun xətti ilə indiyədək 36 min 946 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 8 milyon 748 min 348 manatdır.
27 İyul 2026