13:36 - 27.04.2018
27 aprel, Fineko/abc.az. Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.
Abşeron yarımadasında gecə 10-14, gündüz 23-28, Bakıda gecə 12-14, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 45-55% təşkil edəcək.
Azərbaycanın bölgələrinə gəlincə isə, sabah gündüz bəzi qərb rayonlarında, axşam isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Gecə 9-14, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Aprelin 29-da Bakıda və Abşeronda şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müayisədə 4-7 dərəcə aşağı enəcək.
Aprelin 28-i axşam qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında aprelin 30-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müayisədə 4-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.