14:48 - 27.01.2022
27 yanvar, Fineko/abc.az. Azərbaycanda daha 6 səhmdar cəmiyyətin səhm paketləri özəlləşdiriləcək.
İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bu məqsədlə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 22 fevral tarixində hərrac keçiriləcək.
Hərraca həmçinin 17 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili və 29 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılacaq səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Qeyd edək ki, kiçik dövlət müəssisə və obyektlərinin 1-i istisna olmaqla, qalanları bölgələrdə yerləşir.
17 Avqust 2026
15 Avqust 2026