10:11 - 24.01.2022
24 yanvar, Fineko/abc.az. “Azər-Avtonəqliyyat” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ABC.AZ xəbər verir ki, yığıncaq 27 fevral 2022-ci il saat 17.00-da baş tutmalıdır.
Gündəlikdəki məsələlərə təşkilati məsələlər və direktorlar (müşahidə) şurası üzvlərinin və sədrin seçilməsi daxildir.
Qeyd edək ki, “Azər-Avtonəqliyyat” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb,nizamnamə kapitalı 178 354 manatdır və qanuni təmsilçisi Gündüz Abbasovdur.