14:19 - 13.12.2021
13 dekabr, Fineko/abc.az. Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin Ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışı ilə bağlı növbəti hərrac keçiriləcək.
ABC.AZ-ın məlumatına görə, bu barədə “Standard Insurance”ın ləğvetmə komissiyasından məlumat verilib. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 23 dekabr 2021-ci il tarixində saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Hərraca çıxarılan predmetin satış qiyməti: 977,5 min manat, behin məbləği: 9,775 min manatdır.
Müəllif: Elmir Murad