10:32 - 23.11.2021
23 noyabr, Fineko/abc.az. Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) növbəti layihəsi - Gəncə yaşayış kompleksindəki mənzillərin güzəştlə satışını elan edib.
ABC.AZ xəbər verir ki, Azərbaycan bayrağı küçəsində yerləşən kompleksdəki cəmi 188 təmirli mənzilin güzəştli satışı 23 dekabr 2021-ci il tarixində başlayacaq və 30 Dekabr 2021-ci il tarixində başa çatacaq.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Kompleksdəki 2 otaqlı mənzillərin qiyməti 48 min 263 manat, 3 otaqlı mənzillərin qiyməti 63 min 521 manat, 4 otaqlı mənzilin qiyməti isə 81 min 685 manatdır.
Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026