İşıq və qazın qiyməti bahalaşdı - Tarif Şurasının qərarı qüvvəyə mindi

10:21 - 1.11.2021


1 noyabr, Fineko/abc.az. Bu gündən Azərbaycanda Tarif Şurasının qərarı ilə işıq və qazın yeni qiymətləri qüvvəyə minib. ABC.AZ-ın məlumatına görə, 1 noyabr 2021-ci il tarixindən işığın qiyməti istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib. 1 noyabr 2021-ci il tarixindən qazla bağlı əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Daha əvvəlki qərrala isə istehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.