17:52 - 9.04.2018
9 aprel, Fineko/abc.az. Yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri 10,2% artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib ki, ilin birinci rübündə ölkədə inflyasiyanın səviyyəsi 4% təşkil edib.
“O cümlədən, ərzaq məhsulları 4%, qeyri-ərzaq məhsulları 4,3%, xidmətlər 2,9% bahalaşmışdır. Məzənnə sabitliyi, pul təklifinin optimal səviyyədə idarə olunması, dünya ərzaq qiymətlərinin dinamikası və inflyasiya gözləntilərinin nisbətən azalması cari ildə təkrəqəmli inflyasiyanı şərtləndirən başlıca amillər olmuşdur”, - E.Rüstəmov belə deyib.
Onun sözlərinə görə, inflyasiyanın azalması əhalinin real gəlirlərinin artımını dəstəkləyir. 2018-ci ilin yanvar-fevral aylarında əhalinin nominal gəlirləri 10,2% artmışdır.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026