12:15 - 16.09.2021
16 sentyabr, Fineko/abc.az. Dövlətə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC 2020-ci ili 23 milyon 620 min manat xalis zərər ilə başa vurub.
ABC.AZ xəbər verir ki, halbuki, şirkət 2019-cu ili 2 milyon 177 min manat xalis zərər ilə bağlamışdı.
Beləliklə, ötən ilin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu"nun xalis zərəri təxminən 11 dəfə artıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilə nisbətən 2020-ci ildə cəmi gəlirlər 2 milyon 585 min manat və ya 21% azalaraq 9 milyon 735 min manata geriləyib.
Şirkət 2019-cu ildə 12 milyon 320 min manat cəm gəlir əldə etmişdi.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026