12:13 - 8.09.2021
8 sentyabr, Fineko/abc.az. Tərtər-Suqovuşan avtomobil yoluna Naftalan şəhərindən daxil olmaq üçün yeni yol çəkilməyə başlayıb.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, həmin yol Tərtər-Suqovuşan yolunun ikinci mərhələsi adlandırılır. Hazırda yolun tikintisinə start verilib.
"Yolun 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı hissəsi artıq tikilir. Yol gələn il vətəndaşların istifadəsinə veriləcək. Yol Naftalan şəhərinə birləşdiriləcək. Tərtər-Suqovuşan-Talış yoluna həm də Naftalan şəhərindən gəlmək mümkün olacaq" deyə A.Nəcəfli bildirib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026