13:40 - 5.04.2018
5 aprel, Fineko/abc.az. Aprelin 6-da Bakıda və Abşeronda hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.
Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.
Azərbaycanın bölgələrində sabah hava əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026