Azərbaycanın idxal etdiyi çayın qiyməti artıb - Bahalaşma olacaq?

17:23 - 2.09.2021


2 sentyabr, Fineko/abc.az. Azərbaycan bu il xaricdən aldığı qara çayın idxalını həcmi kimi qiymət indeksləri də artıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, 2021-ci ilin birinci yarısında xaricdən 6 507 ton həcmində qara çay idxal etməklə, 2020-ci ili 9% üstələyib. İdxal edilmiş fermentləşdirilmiş qara çaya görə ölkədən 25.46 milyon dollarlıq çıxıb.

İdxal edilmiş çayın 86.5%-ni Şri-Lanka Demokratik Sosialist Respublikasından gətirib.

Şri-Lanka Azərbaycana 5 626.5 ton həcmində qara çayı 22.96 milyon dollara satıb. 2020-ci ilin müvafiq dövründə Azərbaycana Şri-Lankadan 5 269.3 tonu 20.94 milyon dollara satmışdı.

Bu o deməkdir ki, Azərbaycan bu il qara çayı 2020-ci ildə 3.97 dollar/kiloqrama idxal etdiyi halda, 2021-ci ildə 4.08 dollar/kiloqrama satıb. Yəni 3% bahalaşma olub.