14:38 - 1.09.2021
1 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin pərakəndə ticarət şəbəkələrindən aldıqları çörək məhsullarının həcmini açıqlayıb.
ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, sözügedən dövrdə əhali pərakəndə ticarət şəbəkələrindən 54,591 mln. manat dəyərində çörək məhsulları alıb.
Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,6% çoxdur.
Müqayisə üçün qeyd edək ki, təkcə cari ilin II rübündə əhali pərakəndə ticarət şəbəkəsində 28,321 mln. manatlıq çörək məhsulları istehlak edib ki, bu da illik müqayisədə 16,7%, rüblük müqayisədə isə 7,8% çoxdur.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026