Azərbaycanda mal əti bahalaşıb - Qiymətlər

16:13 - 31.08.2021


31 avgust, Fineko/abc.az. Azərbaycanda son ayda mal ətinin qiymətində yenidən artım müşahidə edilir.

ABC.AZ-ın məlumatına görə, sümüklü doğranmış mal ətinin hər kiloqramın qiymətində artım nəzərə çarpıb. Belə ki, ətin sözügedən növündə 10.36 manatdan 10.54 manata kimi artım qeydə alınıb. Bu da 1.7% bahalaşma deməkdir.

Müqayisə üçün qeyd edək ki, ilin əvvəlində isə bu məhsul 11.47 manat idi.

Sonradan ucuzlaşaraq iyulun əvvəlinə ilin minimal qiymətinə (10.36 manat) qədər ucuzlaşmışdı.

Sümüksüz mal ətinin hər kiloqramının qiyməti iyul ayında 12.40 manatdan 12.44 manata qədər bahalaşıb. Bu da aylıq 0.3% artım deməkdir.