15:36 - 31.08.2021
31 avgust, Fineko/abc.az. 2021-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın ümumi ixracı 11,4 mlrd. dollar, qeyri-neft sektoru üzrə isə 1,4 mlrd. dollar təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər. Bəhs olunan dövrdə qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 mln. ABŞ dolları və ya 30,5% artıb.
2021-ci ilin 7 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon ABŞ dolları ilə əsas paya malik olub.
Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 42% artım qeydə alınıb.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026