15:12 - 31.08.2021
31 avgust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 116,9 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
ABC.AZ xəbər verir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayında öz əksini tapıb.
Sözügedən sayda qeyd olunub ki, bu da illik müqayisədə 22,3% çoxdur.
2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 95,6 mln. dollar təşkil edib.
Məlumata görə, iyul ayında isə Azərbaycan 9 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 16% azdır.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026