Vyetnamda qəhvənin qiymətləri kəskin bahalaşdı

15:29 - 30.08.2021


30 avgust, Fineko/abc.az. Vyetnamda qəhvə qiymətləri kəskin artıb.

ABC.AZ xəbər verir ki, buna səbəb kimi pandemiya məhdudiyyətləri göstərilir.

Vyetnamda hazır qəhvə və bəzi espresso qarışıqları üçün istifadə olunan robusta qəhvəsi ilin əvvəlindən bəri 50% artıb. Qiymətlər dörd ilin ən yüksək səviyyəsində, ton başına 2 043 dollar olub.

Qeyd edək ki, Vyetnam dünyanın ikinci ən böyük qəhvə istehsalçısı sayılır.