15:02 - 26.08.2021
26 avgust, Fineko/abc.az. Cari ilin oktyabr ayında Azərbaycanda “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürür.
ABC.AZ xəbər verir ki, bu barədə “Caspian Event Organisers” şirkəti məlumat yayıb.
Qeyd olunub ki, payız sərgiləri dövlət strukturları tərəfindən dəstəklənir və bu mövsüm çərçivəsində dörd sərgi keçiriləcək və onlardan biri də ilk dəfə təşkil olunan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisidir. Sərgi mövsümü VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə start götürəcək. VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” oktyabrın 6-10-da Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərginin təşkilatçısı Mədəniyyət Nazirliyidir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026