11:49 - 26.08.2021
26 avgust, Fineko/abc.az. Azərbaycanda iplik istehsalı olan iki iri zavodun məxsus olduğu “Mingəçevir Tekstil” MMC-nin nizamnamə kapitalı kəskin böyüdülüb.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 1 000 manatdan 149 474 275 manata qədər artırılıb.
Bu da 149 min dəfə artım deməkdir. “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildə yaradılıb. MMC Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
10 Avqust 2026