12:31 - 24.08.2021
24 avgust, Fineko/abc.az. Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı artır.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 7 ayında xarici ticarət iştirakçılarının sayı 39 min 516 şəxs olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 min 528 şəxs çoxdur. 2020-ci ilin 7 ayında xarici ticarət iştirakçılarının sayı 28 min 988 şəxs olmuşdu.
Hüquqi şəxs olan xarici ticarət iştirakçılarının sayı 520 şəxs artaraq 7 min 290 şəxsə, fiziki şəxs olan xarici ticarət iştirakçılarının sayı isə 10 min 8 şəxs artaraq 32 min 226 şəxsə yüksəlib.
Ötən ilin 7 ayında 6 min 770 hüquqi, 22 min 218 fiziki şəxs xarici ticarət iştirakçısı idi.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026