AzerGold bu ilin I yarısında 22 mln manat mənfəət əldə edib

16:33 - 23.08.2021


23 avqust, Fineko/abc.az. “AzerGold” QSC 2021-ci ilin 1-ci yarımilliyini  21 milyon 668 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə isə “AzerGold” 81 milyon 957 min manat mənfəət edib.

Bu barədə şirkətin maliyyə hesabatında qeyd edilir.

Bu ilin 6 ayında “AzerGold”un satışdan gəlirləri 80 milyon 711 min manat, ümumi və inzibati xərcləri 6 milyon 612 min manat, faiz xərcləri 680 min manat təşkil edib.

Cari ilin iyulun 1-nə “AzerGold”un aktivləri 266 milyon 3 min manat olub ki, bu da ötən illə müqayisədə 12% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 21% azalaraq 62 milyon 507 min manata, balans kapitalı isə 22% artaraq 203 milyon 497 min manata, o cümlədən nizamnamə kapitalı 1.7 dəfə artaraq 62 milyon manata çatıb.