Pərakəndə ticarət dövriyyəsi artan və azalan iqtisadi rayonlar - Siyahı

16:19 - 23.08.2021


23 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi Bakı şəhəri üzrə 3%, Abşeron-Xızı iqtisadi rayonu üzrə 5%, Mil-Muğan iqtisadi rayonu üzrə 2,1%, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 1,5%, Qazax-Tovuz iqtisadi rayonu üzrə 1,4%, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 0,4% artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bildirilib ki, Qarabağ iqtisadi rayonu üzrə 0,1%, Lənkəran-Astara iqtisadi rayonu üzrə 0,2%, Mərkəzi-Aran iqtisadi rayonu üzrə 0,5%, Naxçıvan Muxtar Respublikası üzrə 0,7%, Şirvan-Salyan iqtisadi rayonu üzrə 0,7%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2,1%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 2,7% azalıb.