Azərbaycan şüşə ixracını artırıb

14:22 - 23.08.2021


23 avgust, Fineko/abc.az. Bu ilin 7 ayında Azərbaycan 42,517 milyon  dollar dəyərində şüşə və ondan hazırlanan məmulatlar idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,738 milyon dollar (1,8 %) çoxdur.

Bu barədə  Dövlət Gömrük Komitəsi məlumat verir.

Bildiriçir ki, yeddi ay ərzində Azərbaycanın şüşə və ondan hazırlanan məmulatlar ixracının dəyəri isə 3,052 milyon dollar olub ki, bu da 1 il əvvələ nisbətən 2,549 milyon dollar (6,1 dəfə) çoxdur.

Hesabat dövründə şüşə və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0,68 %-ni, ixracı isə ümumi ixracın 0,03 %-ni təşkil edib.