Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb

10:46 - 20.08.2021


20 avqust, Fineko/abc.az. Cari ilin 7 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 557,7 milyon ABŞ dolları, Meksika ilə 43,5 milyon dollar, Ekvador ilə 25,2 milyon dollar təşkil edib. 2020-ci ilin eyni dövrünə nisbətən hər üç dövlət ilə ticarət dövriyyəsi artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. Cari ildə İspaniyadan idxalın dəyəri 43,3 milyon dollar, Meksikadan 43,5 milyon dollar, Ekvadordan isə 25,2 milyon dollar təşkil edib. Keçən ilin eyni dövrünə nisbətən hər üç dövlət ilə idxal əməliyyatları artıb.

Yeddi ayda ən çox məhsul ixrac edilən ispandilli ölkələr də İspaniya, Kuba və Meksika olub. İspaniyaya ixracın dəyəri 514,4 milyon dollar, Ekvadora və Meksikaya isə cüzi olub. İspaniyaya və Kubaya məhsul ixracı artıb, Meksikaya isə azalıb.