Dəniz məhsullarının idxalı 31% artıb

17:03 - 19.08.2021


19 avgust, Fineko/abc.az. Cari ilin 7 ayında Azərbaycan xaricdən 13,544 mln. ABŞ dolları dəyərində (23,025 mln. manat) balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Məlumat verilir ki, dəniz məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% artıb.

Qeyd edək ki, dəniz məhsullarının ölkənin ümumi idxalındakı payı 0,22% təşkil edib, bu isə illik müqayisədə 0,05 faiz bəndi çoxdur.