10:49 - 19.08.2021
19 avgust, Fineko/abc.az. Bu ilin 7 ayında ölkəyə 9051 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 44,9 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin yanvar-iyul aylarında 50,9 milyon dollarlıq 10,3 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026