Ərzaq, içki və tütünün istehlak qiymətləri indeksi artıb

10:13 - 19.08.2021


19 avgust, Fineko/abc.az. Cari ilin 7 ayında istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 104,5 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb.

Bildirilib ki, istehlak qiymətləri indeksi bu dövr ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq malları üzrə 104,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 103,9 faiz olub.