"MFX-Trading İnvestisiya Şirkəti" ötən ili zərərlə başa vurub

15:33 - 18.08.2021


18 avgust, Fineko/abc.az. "MFX-Trading İnvestisiya Şirkəti" ASC 2020-ci ili 53 min manat zərərlə başa vurub.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında deyilir.

Sənədə əsasən, bu il yanvarın 1-nə "MFX-Trading"in aktivləri 451 min manat olub ki, bunun da 4 min manatı onun öhdəlikləri, 447 min manatı isə balans kapitalının hesabına formalaşıb.