Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

14:09 - 17.08.2021


17 avgust, Fineko/abc.az. Cari ilin 7 ayında Azərbaycandan MDB ölkələrinə 891 milyon 376 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu isə 2020-ci ilin müvafiq dövrünə nisbətən 81 milyon 477 min dollar çoxdur.

ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 495 milyon 59 min dollar olub.