İxrac əməliyyatlarının ən yüksək göstəricisi iyul ayında olub

17:27 - 16.08.2021


16 avgust, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanda ən çox ixrac əməliyyatları iyulda aparılıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, cari ildə ixrac əməliyyatlarının ən yüksək göstəricisi iyul, ən aşağı göstəricisi isə mayda qeydə alınıb. Belə ki, iyulda ixrac əməliyyatları 2 milyard 582,4 milyon ABŞ dolları, mayda isə 1 milyard 62,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu il ölkədə ixracın dəyəri 11 milyard 393,5 milyon dollar olub.