15:39 - 16.08.2021
16 avgust, Fineko/abc.az. Cari ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 17,691 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% çoxdur.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, ötən 7 ayda xarici ticarət dövriyyəsinin 11,394 milyard dolları ixracın, 6,298 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 24,8%, idxal isə 6,7% artıb.
Son nəticədə xarici ticarətdə 5,096 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 57,8% çoxdur.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026