15:13 - 16.08.2021
16 avgust, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.
Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir.
Qeyd olunur ki, yeddi ayda Rusiyaya 467,8 milyon ABŞ dolları, Türkiyəyə 359,3 milyon dollar, İsveçrəyə 129,5 milyon dollar, Gürcüstana 94 milyon dollar, ABŞ-a isə 33,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026