10:25 - 4.08.2021
4 avqust, Fineko/abc.az. 2021-ci ilin I yarımili ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 98,5 mlrd. manat, sayı isə 35,5 mln. ədəd təşkil edib.
ABC.AZ apa.az-a istinadən verdiyi məlumata görə, bu dövr ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə keçən ödənişlərin sayı 471 min ədəd, həcmi 83,2 mlrd. manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə ödənişlərin say 35,1 mln. ədəd, həcmi 15,3 mlrd. manat olub.
Altı ayda Yaşıl Kart Sistemi çərçivəsində 1,2 mln. manat sığorta haqqı toplanıb
2020-ci ilin analoji dövründə AZİPS üzrə əməliyyatların sayı 383 min ədəd, həcmi 93,5 mlrd. manat, XÖHKS üzrə isə əməliyyatların sayı 27,3 mln. ədəd, həcmi isə 12,9 mlrd. manat təşkil edib. Müvafiq dövrlərin müqayisəsi zamanı AZİPS-də aparılan əməliyyatların sayında 23% artım, XÖHKS-də aparılan əməliyyatların sayında isə 29% artım müşahidə olunur.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026