16:54 - 3.08.2021
3 avqust, Fineko/abc.az. İyul ayında Ethereum mayninqi 1.03 milyard dollar gəlir gətirib və üç ay dalbadal bitkoindən daha gəlirli olub.
ABC.AZ banker.az-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Tarixdə ilk dəfə olaraq altkoin mayninqi uzun müddət ərzində əsas kriptovalyutadan daha sərfəli çıxıb. Qeyd edək ki, iyul ayında bitkoin maynerləri 971.8 milyon dollar qazanıb.
İyun ayında ən böyük altkoinin kapitallaşması 1.1 milyard dollar (bitkoin – 839 milyon dollar) gəlir gətirib, may ayında bu göstərici 2.35 milyard dollar olub (bitkoin mayninqindən 900 milyon dollar çox).
Verilən məlumata görə, iyunda bitkoin və Ethereum maynerlərinin gəliri müvafiq olaraq 42% və 53% azalıb. Bu, Çində mayninqin qadağan edilməsi fonunda baş verib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026