11:59 - 3.08.2021
3 avqust, Fineko/abc.az. Şirkətlər və digər təşkilatlar “Günay Bank” ASC-dəki vəsaitlərin bir hissəsini geri çəkiblər.
ABC.AZ banker.az-a istinadən xəbər verir ki, bankın 1 iyul 2021-ci il tarixinə olan hesabatına görə, depozit portfeli 113.9 mln. manat olmuş, o cümlədən 91.26 mln. manatı fiziki şəxslərin, 22.64 mln. manatı isə hüquqi şəxslərin vəsaitləri olmuşdur.
Bununla da hüquqi şəxslərin depozitləri 2021-ci ilin ilk yarısında 11.5% azalmışdır.
Bankın depozitlərinin 28.35 mln. manatı tələbli, 85.56 mln. manatı isə müddətli depozitlərdir.
Müddətli depozitlərin isə 57.69 mln. manatı milli, 27.72 mln. manatı ABŞ dollarında və 0.16 mln. manatı isə avrodadır.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026
31 Avqust 2026