15:57 - 27.07.2021
27 iyul, Fineko/abc.az. 2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 1-ci yarısı ərzində "Muğanbank"-ın cəmi aktivləri 22 miylon 491 min manat və ya 3,8% artaraq 613 milyon 397 min manata çatıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə müştərilərə verilmiş kreditlər isə 35 milyon 71 min manat və ya 10,4% artaraq 371 milyon 17 min manata yüksəlib.
30 İyun 2021-ci il tarixində "Muğanbank" ASC 101 milyon 334 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən 2 dəfə çoxdur.
"Muğanbank" 2020-ci ilin yekununda 91 milyon 697 min manat məcmu kapitala malik idi. Bank normalara artıqlaması ilə cavab verir.
Belə ki, “Muğanbank”-da 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 14,94% (norma minimum 5%), məcmu kapitalın adekvatlıq əmsalı 18,79% (minimal 10% olmalıdır), Leverec əmsalı 12,64% (minimal 4% olmalıdır) təşkil edib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026