12:07 - 27.07.2021
27 iyul, Fineko/abc.az. 2021-ci ilin II rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankı aktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 53.2 mln. manat (2.45%) artıraraq 2 222.17 mln. manata çatdırıb. Cari ilin 1 iyul tarixinə Bankın cəmi kapitalı ötən ilin analoji dövrünə nisbətdə 1.85% artaraq 436.82 mln. manata çatıb.
ABC.AZ xəbər verir ki, bankın kredit portfelinin həcmi I yarımilin yekununda 1 405.35 mln manat, müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə 1 444.94 mln. manat təşkil edib. Bank I yarımili 5.8 mln. manat xalis mənfəətlə başa vurub.
Cari ilin aprel ayında Moody’s Investors Service Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “Pozitiv” olaraq qiymətləndirmişdir.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026