11:17 - 27.07.2021
27 iyul, Fineko/abc.az. 2021-ci ilin ilk yarım ilində Naxçıvan muxtar respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 107 milyon 739 min manat kredit verilib.
ABC.AZ-ın məlumatına görə, bu da bir il öncəki göstəricidən 26,2 faiz çoxdur.
Verilmiş kreditlərin 13 milyon 703 min manatı və yaxud 12,7 faizi qısamüddətli, 94 milyon 37 min manatı və yaxud 87,3 faizi uzunmüddətli kreditlər olub.
Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026