Bu kreditlərlə bağlı Mərkəzi Bankdan açıqlama

15:50 - 1.07.2021


1 iyul, Fineko/abc.az. Mərkəz Bank koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtının növbəti dəfə uzadılması barədə qərar qəbul edib.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məumata görə, hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə məhdud rejimin yumşaldılması fonunda iqtisadi aktivlik tədricən bərpa edilir.

Beləliklə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 01 oktyabr 2021-ci il tarixinədək uzadılıb.