Mərkəzi Bank vətəndaş qəbulunu azaldıb?

12:05 - 1.07.2021


1 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Mərkəzi Bankında ümumilikdə 186 vətəndaş qəbul edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,6 dəfə azdır.

O cümlədən il ərzində qurum bank sektoru üzrə 151 (illik müqayisədə 15,1 dəfə az), sığorta sektoru üzrə 17 (10,5% az), kapital bazarı üzrə 11 (2,8 dəfə az), digər sahələr üzrə isə 7 (40% çox) vətəndaşı qəbil edib.