Azərbaycanda 8 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib

11:14 - 10.06.2021


10 iyun, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-i mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.

ABC.AZ renkinq-ə istinadən xəbər verir ki, bunlar "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Xalq Bank", "Bank of Baku", "Express Bank" və “Azərbaycan Sənaye Bankı” (ASB) ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.

Adları çəkilən banklar bu ilin yanvar-mart aylarında dövlət büdcəsinə ümumilikdə 32,145 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (13,908 milyon manat), ən aşağı göstərici isə ASB-də (101 min manat) qeydə alınıb.

Qalan 18 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 1-i bu ilin 3 ayını zərərlə başa vurmuş Pakistan Milli Bankının Bakı filialıdır ki, onun mənfəət vergisi ödəməməsi təbiidir.