10:56 - 10.06.2021
10 iyun, Fineko/abc.az. "Günay Bank" ASC-nin səhmlərinin müvafiq olaraq 1,12%-nə və 1,1%-nə nəzarət edən Samir Cəfərov və Mahir Xəlilov paylarını satıblar.
ABC.AZ report-a istinadən xəbər verir ki, "Bakı Fond Birjası" QSC-nin (BFB) məlumatına görə, qiymətli kağızların alqı-satqısına dair əqdlər bu gün BFB-də bağlanılıb.
Əqdlər Bankın 47,83 manat nominal dəyərə malik 15 200 və 15 000 ədəd, ümumilikdə 30 200 ədəd (1 444 466 manatlıq) səhmlərinin realizə edilməsini nəzərdə tutur. Bu sayda səhmlərin sahibləri isə müvafiq olaraq sözügedən şəxslərdir.
Onların payını Bankın Müşahidə Şurasının sədri və əsas səhmdarı Mahmud Məmmədov alıb, payını 52,13%-dən 54,35%-ə çatdırıb.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026