14:32 - 9.06.2021
9 iyun, Fineko/abc.az. SOCAR-ın Dövlət Neft Fonduna (ARDNF) 2016-2020 illər üzrə yaranmış borcunun həcmi açıqlanıb.
ABC.AZ xəbər verir ki, sözügedən borc ARDNF-nin 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə öz əkisini tapıb və 1,134 milyard ABŞ dolları təşkil edir.
Məbləğə 2016-cı ildə yaranmış 134,6 mln. dollarlıq, 2017-ci ildə 227,5 milyon dollarlıq, 2018-ci ildə 288,4 milyon dollarlıq, 2019-cu ildə 169,9 milyon dollarlıq, 2020-ci ildə isə 314 milyon dollarlıq yaranmış borclar daxildir.
Fondun mənfəət neft və qazınının satışından daxilolmaların proqnozdan 0,9% olmasının səbəblərindən biri kimi, SOCAR tərəfindən yaranmış borc öhdəliklərinin tam icra edilməməsi göstərilir.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026