11:39 - 9.06.2021
9 iyun, Fineko/abc.az. May ayının əvvəlindən indiyənədək ucuzlaşmaqda olan "Bitcoin"-in 50 günlük orta qiyməti 200 günlük orta qiymətindən aşağı doğru irəliləyir.
ABC.AZ xəbər verir ki, Bitcoin, həftənin əvvəlindən bu yana 6%-dən çox dəyər itirərək 33 min dollar ətrafına qədər geriləyib, Ethereum isə 8%-dən çox ucuzlaşma ilə 2 min 400 dollar ətrafına enib.
Elektron pulların ucuzlaşmasına səbəb kimi ABŞ-da hökumətin boru kəmərinə edilən kiber hücumda verilən bütün haqları geri alması göstərilir.
Bununla yanaşı hökumətin kriptovalyutalar üzərində nəzarətinin məhdud olmadığına dair narahatlıqları qızışdıraraq bazarlar üzərində təzyiq yaratmasıdır.
Müəllif: Elmir Murad
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026