Kriptovalyuta bazarında durğunluq – Bitkoin də ucuzlaşdı

17:00 - 8.06.2021


8 iyun, Fineko/abc.az. Kriptovalyuta bazarında son günlər yaşanan böhran bitmək bilmir.

ABC.AZ xəbər verir ki, son sutkada bitkoinin qiyməti 12% azalıb.

Bu isə aprelin ortalarındakı rəqəmdən 2 dəfə azalma və ya ucuzlaşma deməkdir.

Ekspertlər bildirir ki, bitkoinin ucuzlaşması ABŞ hökumətinin kriptovalyutaların ölkə ərazisində hərəkətinə məhdudiyyət qoyacağı ilə bağlı açıqlamalardan sonra baş verməkdədir.

Ekspertlər bitkoinin daha da ucuzlaşa biləcəyini qeyd edirlər.

Müəllif: Elmir Murad