11:51 - 1.06.2021
1 iyun, Fineko/abc.az. "Brand Credit" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin pay bölgüsü dəyişib.
ABC.AZ-ın Report-a istinadən xəbər verir ki, bu, BOKT-un nizamnamə kapitalını 1 milyon manat və yaxud 2,1 dəfə artırılaraq 0,9 milyon manatdan 1,9 milyon manata çatdırılmasından sonra baş verib.
Belə ki, kapital artımı üçün lazım olan vəsaiti təsisçilərdən yalnız biri - Yeganə Vəliyeva təmin edib və "Brand Credit"dəki payını 47%-dən 74,9%-ə çatdırıb.
Əvəzində digər 2 təsisçi - Əli Hüseynovun və Şəbnəm Vəliyevanın payları müvafiq olaraq 47%-dən 22,26%-ə və 6%-dən 2,84%-ə düşüb.
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026